Biraz araşdırsaq görərik ki, keçmişdən bu günə qədər heyvanlar üçün fərqli-fərqli tələlər hazırlanırdı. Ancaq indi bir çox şey kimi bu da dəyişib və artıq bizim üçün də xüsusi tələlər hazırlanır.
Özü də harada?
Hər gün vaxt keçirdiyimiz sosial şəbəkələrdə.
Sosial şəbəkələr bizim rəqəmsal dünyamızdır. Rəqəmsal dünyanı bir meşəyə bənzətsək, tələlərə yalnız dovşanların deyil, hətta meşənin krallarının belə düşdüyünü görə bilərik. Necə və nə cür birlikdə öyrənək:
Rəqəmsal marketinqdə ən maraqlı şey, heç vaxt bitməyən inkişafıdır – yeni trendlərə və innovasiyalara daim açıqdır. Bu sahədə uğur qazanmaq üçün düzgün strategiyalar və yanaşmalar tətbiq etmək vacibdir. Lakin, bəzi tələlər var ki, onlar marketoloqların və biznes sahiblərinin uğurunu əngəlləyə bilər.
Gəlin bu tələlərin nə olduğuna birlikdə baxaq:
1.Hədəf auditoriyanı düzgün müəyyən etməmək:
Hədəf auditoriyanızı düzgün müəyyən etmədən ümumi bir mesajla bütün potensial müştərilərə çatmağa çalışmaq, mesajlarınızın doğru insanlara çatmamasına və marketinq kampaniyalarınızın təsirinin azalmasına səbəb olur.
2. Sosial Media Strategiyasının Olmaması:
Sosial mediada strategiyasız, sanki meşədə xəritəsiz səyahət edirsiniz. Sosial medyada təsadüfi paylaşımlar etmək və strategiya olmadan fəaliyyət göstərməyinizin nəticəsində marka nüfuzunuz zəifləyir və sosial mediyadan alınan nəticələriniz qeyriqənaətbəxş olur.
3. Keyfiyyətsiz Məzmun:
Keyfiyyətsiz, dəyərsiz və hədəf auditoriyanı cəlb etməyən məzmun yaratmaq müştərilərin marağının azalması və markanızın nüfuzunun zədələnməsinə səbəb olur.
4. Yeniliklərdən Geri Qalma:
Rəqəmsal marketinq sahəsindəki yenilik və trendləri izləməmək isə rəqiblərinizin yarışda önə keçməyinə imkan verəcək.
Əgər siz də yuxarıda göstərilən tələlərdən qaçınmaq istəyirsinizsə, bunlara diqqət edə bilərsiniz.
#oldusağolun