İnsanlara “Uğur Nədir?” deyə soruşsaq, o qədər cümlələr qurular ki. Biri deyir, uğur daim öyrənməyə, inkşaf etməyə və iradəli olmağa əsaslanır. Digəri deyir ki, uğur inamlı olmaq və əməyə sadiq qalmaqdır. və s. Bəs, “Rəqəmsal marketinqdə uğur nədir?” soruşsaq, nə deyərlər? Bu da azı “Uğur Nədir?” sualı qədər düşündürücüdür.
Rəqəmsal marketinqin uğuru müştərinizi doğru məzmun və kanallar vasitəsilə xidmətlərinizi/məhsullarınızı geniş auditoriyaya çatdırmaq üçün effektiv strategiyalar tətbiq etməklə əldə olunur. Bu məzmun yaradılması SEO, sosial media reklamı, e-mail marketinqi və digər onlayn marketinq alətlərini doğru şəkildə istifadə etməklə mümkündür. Bununla yanaşı, müştəri əlaqələri və analitika məlumatları da uğurun əsas hissələrindən biridir.
Rəqəmsal marketinqin sürətlə inkişaf etdiyi bir dövrdə marketinq kampaniyalarının uğurunu ölçmək vacibdir. Uğurlu bir marketinq strategiyası yalnız istifadə edilən taktikalardan ibarət deyil, həm də nəticələrin dəqiq bir şəkildə ölçülməsi və analizindən asılıdır. Bəs rəqəmsal marketinqin uğurunu necə ölçmək olar? Aşağıda bu sualın cavabını aydınlaşdırmağa çalışacayıq.
KPI — Əsas performans göstəriciləri rəqəmsal marketinq fəaliyyətinin uğurunu ölçmək üçün istifadə olunur. Bunlara veb-sayt trafiki, dönüşüm (conversion) nisbətləri, sosial media izləyici sayı, e-maillərin açılma dərəcələri və s. daxildir. KPI-larınızı izləməklə, kampaniyanızın hansı aspektlərinin yaxşı performans göstərdiyini və hansının təkmilləşdirilməli olduğunu müəyyən edə bilərsiniz.
Analitik alətlər
Rəqəmsal marketinq kampaniyalarınızın uğurunu ölçməyə kömək edəcək bir çox analitik alətlər mövcuddur. Bunlara Google Analytics, Yandex Metrica, SEMrush və s. daxildir. Bu alətlər veb-sayt trafiki, açar sözlər sıralaması, sosial mediadan geri dönüş nisbətini və digər mühüm metriklər haqqında dəyərli nəticələri göstərə bilir.
Data Əsaslı Qərar Vermə
Analitik alətlərinizdən məlumat topladıqdan sonra onu şərh etmək və dataya əsaslanan qərarlar qəbul etmək vacibdir. Buraya kontent strategiyanızın dəyişdirilməsi, SEO taktikanızın düzəldilməsi və ya PPC kampaniyalarınızı optimallaşdırmaq daxil ola bilər. Qərarlarınızı dəyişmək üçün məlumatlardan istifadə etməklə, rəqəmsal marketinq fəaliyyətinizin effektivliyini artıra bilərsiniz.