Hand Emojji Images Hər ay "Lö Netvörkinq" görüşü ilə sosiallaşırıq

Tədbirin Özəllikləri

  • Səhər yeməyi görüşündə iştirak
  • Oyun kartları ilə sosiallaşmaq
  • Təlim və digər xidmətlərə 10% güzəşt edilməsi
  • Seçilən paketdən asılı olaraq səhifənizin teleqram kanalında paylaşılması
  • Görüşlər üçün abunəlik sistemi
  • Şəxsi biznes səhifənizin görüşdə, həmçinin teleqramda izahlı tanıtımı
  • Seçilən paketdən asılı olaraq təlimlərdə iştirak
  • Seçilən paketdən asılı olaraq fərdi konsultasiya xidmətindən istifadə

Tədbirin Təsviri

"Lö netvörkinq" yeni insanlarla sosiallaşdığımız, qəşəng əlaqələr qurduğumuz səhər yeməyi görüşüdür. Bu görüşlərdə özünüzü, gördüyünüz işləri tanıtma və yeni əməkdaşlıqlar qurmaq fürsətiniz yaranır. Şəxsi brendiqinizi inkişaf etdirmək və tanımadığınız insanlarla eyni masa ətrafında sosiallaşmaq oyun kartlarımızla gözləniləndən daha maraqlı olur.

"Lö netvörkinq" görüşünə qoşulanlar 2 saat ərzində səhər yeməyi yeyir, qəşəng əlaqələr qurur və maraqlı ideyalarla, hətta əksər hallarda qərarlarla görüşdən ayrılır.

Bu görüşlərdən hər kəsin qarnı dolu, beyni ideyalı, özü isə inamlı çıxır. Ancaq görüşdə hər kəs iştirak edə bilmir, sadəcə seçilən şəxslər iştirak edə bilir. Elə buna görə də öncədən formu doldurub qeydiyyatdan keçmək mütləqdir.

Tədbirin Partnyorları

Tədbirin Məkanı

Ən Çox Verilən Suallar

Sahibkarlar, öz işinin peşəkarları, özünü inkişaf etdirmək istəyən şəxslər. Daha dəqiq desək, indiyədək iştirak edən şəxslərin arasında sahibkarlar üstünlük təşkil edir, daha sonra isə müəllimlər, fotoqraflar, həkimlər, dizaynerlər, influenserlər, dövlət qurumlarında işləyən şəxslər yer alır.

Oyun kartları iş və sosial həyatla bağlı sualların olduğu kartlardır. Hansı ki, bu suallar Le Hashim və komandasının təşəbbüsü ilə yaradılıb. Sualların köməyi ilə görüşdə hər kəs sosiallaşır və sözün həqiqə mənasında bağ qurur.

Görüş məkanı hər dəfə dəyişir. Qeydiyyatdan keçən və iştirakı təsdiqlənən şəxslərə məkanla bağlı məlumat 1 gün öncədən bildirilir.

Bəli, səhər yeməyi hər 3 paketə də daxildir. Yəni, hansı paketi seçməyinizdən asılı olmayaraq, səhər yeməyi üçün əlavə ödəniş etmirsiniz. Sadəcə səhər yeməyindən əlavə sifarişləriniz olarsa, bunun üçün ödəniş edirsiniz.

Tədbirin Xüsusi İştirakçıları

Corporate Template

Le Hashim

Marketoloq və Sahibkar
Bakı

10 ildir ki, ənənəvi və rəqəmsal marketoloq olaraq çalışıram. İndiyədək bir çox qlobal və lokal brendlərlə əməkdaşlığım olub. İnfluenser marketinq şirkəti olan "1/4 Agency"nin qurucu ortağıyam və hazırda aktiv olaraq burada gördüyünüz layihələrin üzərində işləyirəm..

Video Image
Ətraflı bax
  • Başlama Tarixi07/07/2024
  • Başlama Saatı11:00 səhər
  • Bitmə Tarixi07/07/2024
  • Bitmə Saatı12:00 səhər
  • MəkanBakı
  • DilAzərbaycan
Daha çox
SORT By Rating
SORT By Order
SORT By Author
SORT By Price
SORT By Category